AZ

İsrail Fransanı hədələdi: Bunu etsəniz, qisas ağır olacaq

Paris Fələstinin dövlətçiliyini tanıyarsa, İsrail Fransaya qarşı sərt tədbirlər görməyi düşünür.

Publika.az xəbər verir ki, bu barədə “Politico” avropalı rəsmilərə və ekspertlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail bir sıra əks tədbirlər hazırlayır. Bunlara İordan çayının qərb sahilinin ilhaqının sürətləndirilməsi, Fransanın Qüdsdəki konsulluğunun bağlanması və Eleon xristian məbədi də daxil olmaqla Fransaya məxsus ərazilərə qarşı tədbir görülməsi daxildir.

İsrail xarici işlər nazirinin müavini Şarren Haskel daha əvvəl Fransa radiosuna müsahibəsində Fransa konsulluğunun bağlanması məsələsinin “baş nazir Benyamin Netanyahunun gündəmində olduğunu” təsdiqləyib.

Vəziyyəti şərh edən avropalı diplomat bəyan edib ki, İsrail "qisas almaq üçün heç nədən çəkinməyəcək”. O, iki ölkə arasında münasibətlərin istənilən halda "xeyli dərəcədə pisləşəcəyini" iddia edib. Əlavə edib ki, Fransa prezidenti Emmanuel Makron bu prosesin arxasında duran “hərəkətverici qüvvəyə” çevrilib və Netanyahu ilə dialoq artıq çətinləşib.

Fransa sentyabrın 22-də Qəzzadakı vəziyyətdən və İsrail hakimiyyətinin qərarlarından asılı olmayaraq, Fələstinin tanınması ilə bağlı BMT-də konfrans keçirmək niyyətindədir. Makron daha əvvəl bəyan etmişdi ki, Paris BMT Baş Assambleyasında Fələstin dövlətçiliyini rəsmən tanımağa hazırdır.

Seçilən
17
2
publika.az

3Mənbələr