AZ

Hemiltondan Leklerə Bakı asfaltını qaynadanların neçə yaşı var? FOTO

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün dünyanın ən prestijli avtoidman yarışlarından biri olan Formula 1 üzrə Azərbaycan Qran Prisi paytaxt Bakı şəhərinin küçələrində start götürüb. Həyəcan dolu yarış həftəsonunda Bakı Şəhər Halqası bir daha dünyanın diqqət mərkəzinə çevrilib.

Yarışda dünya motorsport tarixinin ən tanınmış pilotları yer alır.

Milli.Az onlardan bəziləri haqqında qısa məlumatı təqdim edir:

Luis Hemilton

Yaş: 40

Milliyəti: Böyük Britaniya

Formula 1-dən əvvəl:

Uşaq yaşlarından kartinqdə iştirak edib, sonra Formula Renault, Formula 3 və GP2 yarışlarında çıxış edib. 2006-cı ildə GP2 çempionu olduqdan sonra 2007-ci ildə McLaren ilə F1-ə daxil olub.

Fernando Alonso

Yaş: 44

Milliyəti: İspaniya

Formula 1-dən əvvəl:

3 yaşında kartinqə başlayıb və 1990-cı illərdə İspaniya və Avropa çempionatlarında bir neçə titul qazanıb. Formula Nissan və Formula 3000 yarışlarından sonra 2001-ci ildə Minardi ilə F1-ə keçib.

Maks Ferstappen

Yaş: 28

Milliyəti: Niderland

Formula 1-dən əvvəl:

Uşaq yaşlarından atası Jos Verstappenin dəstəyi ilə kartinq yarışlarında iştirak edib. 2014-cü ildə Formula 3-də yarışdı və 2015-ci ildə cəmi 17 yaşında F1-də debüt etdi. Hazırda Red Bull komandasının əsas ulduzudur.

Şarl Lekler

Yaş: 27

Milliyəti: Monako

Formula 1-dən əvvəl:

Kartinq karyerasına Monakoda başlayıb. Daha sonra GP3 və Formula 2 seriyalarında çempion olaraq adından söz etdirdi. 2018-ci ildə F1-də çıxış etməyə başladı, hazırda Ferrari komandasının əsas pilotudur.

Qeyd edək ki, Bakı Şəhər Halqası sürət, strategiya və təcrübənin qarşılaşdığı nadir şəhər traslarından biridir. Həm təcrübəli çempionlar, həm də gənc istedadlar bu unikal trasda qalibiyyət uğrunda mübarizə aparacaqlar.

Yarış həftəsonu boyunca azarkeşləri möhtəşəm sürətlər, taktiki gedişlər və maraqlı anlar gözləyir. Bakı yenidən Formula 1 təqviminin ən sevilən dayanacaqlarından biri olduğunu sübut etməyə hazırdır!

Kənan

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
2
news.milli.az

3Mənbələr