AZ

Fərhad Abdullayev: Konstitusiya Ulu öndər Heydər Əliyevin şah əsərindən biri idi

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

Konstitusiya Ulu öndər Heydər Əliyevin şah əsərindən biri idi.

APA xəbər verir ki, bunu “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

Fərhad Abdullayev bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə hər il 20 sentyabr Suverenlik günü kimi qeyd ediləcək: “Suverenlik istənilən xalqın ən böyük arzusu, niyyəti və varlığıdır. Bu sərəncam keçmişə dəyər vermək və gələcəyə ümidimizi yönəltməkdir. Konstitusiyanın prembulasında müstəqillik, suverenlik, ərazi bütövlüyü Azərbaycan xalqının ülvi niyyətlərindən biridir qeyd edilir. Biz buna hamımız çalışırıq. Azərbaycan suveren dövlət kimi dünya birliyində qabaqcıl dövlətlərdən olsun deyə çalışırıq. Uzun illər ərzində Azərbaycan torpaqları işğal altında qaldı, biz belə mühitdə yaşasaq da, Azərbaycan öz əzmini itirmədi. Biz hər zaman suverenliyə aparan yolu axtarırdıq. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycan üçün çox böyük işlər görmüşdü. Azərbaycanda 5 iri ali təhsil müəssisələri açılmışdı. Ulu öndər çox gözəl anlayırdı ki, Azərbaycanın gələcəyi, bizim gənclərin təhsil elm alması çox vacibdir. Bunlar bizim müstəqillik tarixinə gəldiyimiz yollardır. 1990-cı ildə daxili çəkişmələr, hakimiyyətsizlik, iqtisadi böhran yaşayırdıq. Bu şəraitdə qanunlar işləmirdi. Belə bir zamanda Ulu öndər Heydər Əliyev bütün Azərbaycan xalqının təkidi ilə qayıdışı bizim üçün dönüş nöqtəsi oldu. Biz 1991-ci ildən bizə miras qalmış qanunlarla faktiki olaraq müstəqil Azərbaycan idarə olunur. Bu çətin zamanda Konstitusiyanın qəbulu bir qədər yubandı. 1995-ci ilin 12 noyabrında Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu Ulu öndərin şah əsərindən biri idi. Konstitusiya Komissiyasında özü dəfələrlə bəyan etmişdi ki, bu, uzunmüddətli Konstitusiya olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
3
apa.az

4Mənbələr