AZ

Fərhad Abdullayev: Əsas amil Konstitusiya normalarının təmin edilməsidir

BAKI, 19 sentyabr. TELEQRAF

Azərbaycan bu gün müstəqil dövlət kimi dünya birliyində qabaqcıl yer tutur.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O qeyd edib ki, Azərbaycan əraziləri işğal altında olduğu dövrdə xalqımız özünün mübarizə əzmini itirməyib: “Ulu öndər Heydər Əliyev Azərbaycanı hələ sovet dövründə belə hüquqi dövlət anlayışı səviyyəsində qorumağı bacarıb. Müstəqillliyin ilk illərində ölkəmiz üçün çətin bir dövr yaranmışdı. Dövlət xəzinəsi tamamilə boş idi. Eyni zamanda ölkə keçmiş sovetlərdən qalmış qanunlarla idarə olunurdu. 1995-ci ilə qədər Azərbaycanın Konstitusiyası mövcud deyildi. 1995-ci ildə qəbul edilən dövlət Konstitusiyası ulu öndər Heydər Əliyevin şah əsəri idi. O özü konstitusiya komissiyasının üzvü kimi bütün sonrakı qanunların ölkə Konstitusiyası ilə bağlı olacağını qeyd edirdi. Eyni zamanda Milli Məclis də qanunvericilik sahəsində müvafiq addımlar atıb”.
Fərhad Abdullayev bildirib ki, cəmiyyətlər inkişafda olduğu kimi hüquqda inkişaf edir: Azərbaycan Konstitusiya məhkəməsi də bir neçə mərhələdə öz işini görür. Bizim üçün əsas amil Konstitusiya normalarının təmin edilməsidir. Konstitusiya Məhkəməsi Milii Məclislə bu sahədə yaxşı məzmunlu əlaqələr qurub”.

Seçilən
35
17
teleqraf.com

10Mənbələr