AZ

İlham Əliyevin sülh diplomatiyası: Heç bir dövlət, xüsusən ABŞ buna biganə qala bilməz

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə bu il avqustun 8-də başlandı. Bütün dünya bunun şahidi oldu".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, Donald Trampın Vaşinqton görüşündə həm dövlət başçımızın, həm də dövlətimizin və xalqımızın ünvanına səsləndirdiyi o fikirlər ABŞ rəhbərinin Azərbaycanla münasibətlərə nə qədər önəm verdiyini göstərdi:

"Donald Tramp Azərbaycanla bağlı növbəti mesajında da qeyd etdi ki, Azərbaycanla münasibətlər, dostluq onun özündən çox ABŞ-yə lazımdır. Bunun önəmini vurğuladı”.

Xəyal Bəşirov: Trampın səsləndirdiyi fikirlər onun Azərbaycanla münasibətlərə nə qədər önəm verdiyini göstərir

Müsahibimiz vurğulayıb ki, Azərbaycanın bu gün həm regional səviyyədə, həm də qlobal müstəvidə mövqeyi nəzərə alınır, bizə hörmət və rəğbətlə yanaşılır, hesablaşılır. Onun sözlərinə görə, şübhəsiz ki, burada Azərbaycan liderinin müdrik diplomatiyası, uğurlu xarici siyasəti mütləq şəkildə vurğulanmalıdır.

“Xüsusilə dövlət başçısının sülh diplomatiyası uğurla addımlayır. Heç bir dövlət, xüsusən ABŞ buna biganə qala bilməz", - deyə Xəyal Bəşirov əlavə edib.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr