Azərbaycan sayca 9-cu dəfə Formula 1 həyəcanı yaşanacaq.

Offsideplus.az xəbər verir ki, bu gün iki sərbəst yürüş keçiriləcək.

Formula 2-də isə sınaq yürüşü və sıralanma turu baş tutacaq.

Bakıda ilk yarış 2026-cı ildə baş tutub və "Mersedes" pilotu Niko Rosberq qələbə qazanıb. Ötənilki - sonuncu yarışda isə "Maklaren" pilotu Oskar Piastri qalibiyyətə sevinib.

Hazırda da çempionata 24 yaşlı O. Piastri başçılıq edir. Onun aktivində 324 xal var. Ona ən yaxın, komanda yoldaşı Lando Norrisdir - 293 xal.

Mühəndislərin yarışında lider "Maklaren"dir - 617. Onlar bu həftəsonu çempionluğu təmin edə bilər.

Azərbaycan Qran-prisində ilk günün proqramı:

10:00. Formula 2: Sərbəst yürüş

12:30. Formula 1: 1-ci sərbəst yürüş

14:30. Formula 2: Sıralama turu

17:00. Formula 1: 2-ci sərbəst yürüş