AZ

Albaniyanın nazir təyin etdiyi süni intellekt parlamentdə çıxış edib

Albaniya hökumətində nazir vəzifəsinə təyin olunan süni intellekt botu Diella parlamentdə ilk nitqini söyləyib. Süni intellekt naziri “həmkarlarının” qarşısına milli alban geyimində qadın obrazında çıxıb. Üç dəqiqəlik müraciətində o, ölkə konstitusiyasının müddəalarını xatırladıb və özünü tərifləyib.

“Konstitusiya xalq üçün xidmət edən institutlardan danışır. O, xromosomlardan, ət və qandan danışmır. O, vəzifələrdən, hesabatlılıqdan, şəffaflıqdan və hamı üçün bərabər şərtlərdən bəhs edir”, – deyə süni intellekt naziri bildirib və toplaşanları əmin edib ki, o, “bu dəyərləri istənilən insan həmkarı qədər, hətta bəlkə də daha çox dərəcədə təcəssüm etdirir”. Diella həmçinin vurğulayıb ki, onun vəzifəsi insanları əvəzləmək deyil, onlara kömək etməkdir.

Xatırladaq ki, dünyada ilk süni intellekt naziri ötən həftə Albaniyanın Baş naziri Edi Rama tərəfindən təqdim olunub. O bildirib ki, albanca “günəş” mənasını verən Diella dövlət satınalmalarına cavabdeh olacaq. Planlaşdırılır ki, tədricən bütün satınalma sahəsi süni intellektin nəzarətinə veriləcək.

Seçilən
24
banker.az

1Mənbələr