AZ

Azərbaycan xaricdən bu il 284 milyon manatlıq geyim idxal edib

Bu ilin ilk 8 ayında Azərbaycana 284,3 milyon dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 32,8 milyon dollar və ya 13% artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 251,5 milyon dollar dəyərində bu qəbildən olan məhsul idxal olunmuşdu.

Bu il 8 ayında ümumi idxalın 1,89%-u geyim əşyalarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,97% olub.


Seçilən
10
fed.az

1Mənbələr