AZ

Intel səhmləri NVIDIA ilə sövdələşmə xəbəri fonunda 30%-dən çox artıb

“Intel” (INTC) səhmləri cümə axşamı, 18 sentyabrda premarket ticarətində 34,26% bahalaşaraq 33,43 dollara çatıb. Kotirovkaların kəskin artımı “Nvidia”nın “Intel”ə 5 milyard dollar investisiya qoymağı planlaşdırması xəbəri fonunda baş verib.

WSJ yazır ki, investorlar bu sövdələşməni haqlı olaraq “Intel” investorları üçün “bayramın davamı” kimi qəbul ediblər. Çünki federal hökumət artıq şirkətin təxminən 10%-ni əldə edib. Tramp administrasiyası səhmləri 20 dollara aldığı üçün, həmin anda belə bu investisiyalar artıq özünü doğruldub.

“Nvidia” ilə müqavilə sinerjiyə malikdir. Belə ki, “Intel” ən mürəkkəb çiplərin hazırlanmasında güclü mövqelərə sahibdir, şirkətlər birlikdə PC prosessorları və data-mərkəzlər üçün süni intellekt çiplərinin “əlaqələndirici” elementləri üzərində işləyəcəklər. Amma bu, “Intel”in öz istehsalını inkişaf etdirəcəyinə zəmanət vermir.

Seçilən
22
banker.az

1Mənbələr