AZ

Bloomberg: Avropa idarəolunmaz bölgəyə çevrilib

Bloomberg yazır ki, daxili problemlərin çoxluğu səbəbindən Avropa idarəolunmaz və parçalanmış bölgəyə çevrilib. Qitənin əksər ölkələri bu gün ciddi çətinliklərlə üz-üzədir: həddən artıq yüklənmiş büdcələr, idarəetmədən narazılıq, parçalanmış parlamentlər, güclü və aktiv müxalifət, eləcə də Fransada olduğu kimi tez-tez küçə etirazları ilə nəticələnən dərin fikir ayrılıqları.

Mənbənin qeyd etdiyinə görə, hazırda ən ağır vəziyyət Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makronun üzərinə düşür. Bununla belə, digər Avropa liderləri də getdikcə idarəolunmaz hala gələn ölkələri idarə etdikləri üçün oxşar problemlərlə üzləşirlər.

Seçilən
27
veteninfo.az

1Mənbələr