AZ

Başlarına gələn hadisəylə barışmaq istəmirlər - Şikayət edəcəklər

"İmişli" AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərarların ağır olduğu və müvafiq hüquqi çərçivədə Apellyasiya Arbitraj Tribunalına şikayət təqdim ediləcəyi bildirilib. 

AFFA İntizam Komitəsi Premyer Liqada IV turun "Sumqayıt"la ev oyununun (1:0) 67-ci dəqiqəsində adı protokolda olmayan İbrahim Əliyevin meydana çıxması səbəbindən "İmişli"yə 0:3 hesablı texniki məğlubiyyət verib. Bununla yanaşı, klub 5 000 manat cərimələnib.


Seçilən
1
2
azia.az

3Mənbələr