AZ

Antiterror tədbirləri hərb tariximizin parlaq və qürur doğuran salnaməsidir - Xanlar Fətiyev

Bakı. Trend:

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokalxarakterli antiterror tədbirlərindən iki il ötür. 2023-cü ilin19-20 sentyabr tarixlərində həyata keçirilən və cəmi 23 saat çəkənbu hərbi əməliyyatla tarixi torpaqlarımız olan Qarabağdakı erməniseparatçılığına birdəfəlik son qoyuldu, bütün ərazilərimiz üzərindədövlətimizin milli suverenliyi təmin olundu. Bu tarixi hadisə iləmöhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə Vətən müharibəsindən sonra Azərbaycanın dövlətçilikvə müasir müstəqillik salnaməsinin növbəti şərəfli səhifəsiyazıldı.

Məlum olduğu kimi 2020-ci ilin 10 noyabrında imzalanmışkapitulyasiya aktından sonra Ermənistan silahlı qüvvələrininbirləşmələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləriAzərbaycanın Qarabağ bölgəsini tərk etməli, qeyri-qanuni ermənisilahlı dəstələri isə tərksilah olunmalı idi. Lakin Ermənistanöhdəliklərini yerinə yetirməkdən yayındı. Azərbaycanın sülhçağırışlarının əvəzində isə Qarabağdakı qanunsuz silahlı dəstələrərazilərimizi minalayır, hərbçilərimizə və mülki vətəndaşlarımızaqarşı təxribatlar həyata keçirirdilər. Azərbaycan ərazilərindədövlət qurmaq xülyasında olan separatçılar özlərinin oyuncaq“prezident”lərini seçir, qondarma “parlament”ləri adındanAzərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Hətta 2023-cüil sentyabrın 2-də Nikol Paşinyan qondarma “Dağlıq Qarabağınmüstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçılaratəbrik müraciəti ünvanlamışdı.

Ermənistan tərəfinin təxribatları bunlarla bitmirdi. Qeydolunanlarla yanaşı, Qarabağın təbii və mineral sərvətləri separatçırejimin ünsürləri tərəfindən talan edilərək Ermənistana daşınır,təbiətimizə zərər vurulurdu.

Prezident İlham Əliyev 2023-cü ilin sentyabrına qədər bir neçədəfə Qarabağdakı cinayətkar rejimlə bağlı sərt xəbərdarlıqlarınıetmişdi. 2023-cü ilin may ayında dövlətimizin başçısı Laçından birdaha xəbərdarlığını edərək demişdi:

«Laçın diyarından onlara bir daha deyirəm ki, sizinkitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabıbağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isəbiz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olanyerə. Ona görə, yeganə yol qalıb - Azərbaycan qanunlarına tabeolmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarasısaxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”iburaxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya oradaprezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz,sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bugün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımızvar».

Prezident İlham Əliyevin etdiyi xəbərdarlıqlardan nə Ermənisitanrəhbərliyi, nə də separatçılar nəticə çıxardılar. Lakin xalqımızəmin idi ki, qətiyyətli və müdrik siyasəti ilə Vətən müharibəsindədüşmənin başını «dəmir yumruqla» əzən Müzəffər Ali Baş Komandan 44günlük savaşdakı məğlubiyyətdən dərs almayan və Azərbaycanıhədələyən erməni separatizminə də son qoyacaq. Bu gün tarixəekskurs edəndə, 2023-cü ilin sentyabr ayına qədər baş verənləritəhlil edəndə görürük ki, Prezident İlham Əliyev təmkinlə,siyasi-diplomatik uzaqgörənliklə respublikamızı uğurla bu məqsədədoğru aparıb.

Xatırladaq ki, hələ 2022-ci ilin dekabr ayından başlanan ekolojifəalların aksiyaları Laçın-Xankəndi yolu ilə Qarabağa qanunsuzsilah-sursatın gətirilməsinin, Qarabağdan talan olunan sərvətlərinErmənistana daşınmasının qarşısını almış və bununla da,separatçıların əl-ayağı bağlanmışdı. 2023-cü il aprel ayının 23-dəLaçında sərhəd-buraxılış məntəqəsinin yaradılması isə Prezidentİlham Əliyevin Azərbaycanın milli maraqları uğrunda həyatakeçirdiyi qətiyyətli və uzaqgörən siyasətin növbəti təntənəsi idi.Bu hadisə bir daha göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanınmilli maraq və mənafelərinin qorunması və təmin edilməsiistiqamətində dəqiq, uzaqgörən və müdrik strateji siyasi kursmüəyyən edib. Hansı ki, bu kurs Vətən müharibəsindən əvvəl və ondansonrakı dövrlərdə respublikamızın bütün strateji hədəf vəməqsədlərinə çatmasını təmin edib və bu gün də etməkdədir.

Erməni separatçıları tərəfindən mülki vətəndaşlarımıza vəhərbçilərimizə qarşı ardıcıl şəkildə həyata keçirilən təxribatlarındavam etdirilməsi, 2023-cü il sentyabrın 19-da isə 6 vətəndaşımızınölümünə səbəb olan iki terror aktının törədilməsi onlara qarşılokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi iləbağlı qərarın qəbul edilməsinə səbəb oldu. Qarabağdakı qondarma vəseparatçı rejimin zərərsizləşdirilməsi, bu ərazidəki Ermənistansilahlı qüvvələrinin qalıqlarının tərksilah olunması vəAzərbaycanın Konstitusiya quruluşunun bərqərar edilməsi məqsədilə2023-cü il sentyabrın 19-da başlanan bu əməliyyat cəmi 23 saatdavam etdi. Bu qısa dövr ərzində baş verən döyüşlər AzərbaycanOrdusunun gücünü, modern hərbi imkanlara sahib olmasını bir dahanümayiş etdirdi.

Antiterror tədbirləri Azərbaycan dövlətinin növbəti zəfəri, hərbtariximizin parlaq və qürurdoğuran səhifələrindən biridir. LakinAzərbaycan dövləti həmin vaxt sadəcə Qarabağdakı erməniseparatizmini və Ermənistan ordusunun bölmələrini məhv etmədi.Azərbaycan dövləti həm də torpaqlarımızda ikinci erməni dövlətininyaradılması üçün dəridən-qabıqdan çıxan Fransa kimi Qərb siyasimərkəzlərinə qalib gəldi. Bütün dünya bir daha Azərbaycandövlətinin gücünə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin yürütdüyü qətiyyətli siyasətə şahidlik etdi.

İki il əvvələ qədər torpaqlarımızda «Artsax» adlı qondarmarespublika qurduqlarını iddia edən, ölkəmizi hədələyən və təhdidedən, hərbçilərimizə, mülki vətəndaşlarımıza qarşı təxribatlartörədən separatçılar isə tutularaq Bakıya gətirildilər. Onlardövlətimizə və xalqımıza qarşı törətdikləri əməllərə görə bu günAzərbaycan məhkəməsi qarşısında cavab verirlər. Bu baxımdanantiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycanla təhdiddilində danışmaq olmaz.

Qəhrəman ordumuzun qələbəsi ilə yekunlaşan antiterrortədbirlərində Qarabağda erməni separatizminə son qoyulması ilə həmdə bütün torpaqlarımız üzərində Azərbaycan dövlətinin millisuverenliyi, respublikamızın konstitusion hüquqları təmin edildi.Ona görə antiterror tədbirləri Azərbaycan dövlətçiliyinin qürurtarixi, xalqımızın fəxarət ünvanıdır. Dövlət və xalq məhz bu cürhadisələr sayəsində ucalır, gələcəyinə gedən yolda nümunəvi, örnəkdolu tarix yaradır.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Seçilən
7
5
az.trend.az

6Mənbələr