Publika.az xəbər verir ki, bu barədə şirkətin rəsmi açıqlamasında deyilir.
Mütəxəssislərin sözlərinə görə, kosmetik vasitələrin tərkibində tez-tez təhlükəli maddələr olur: arsen, qurğuşun, kadmium, xrom və civə.
Həkimlərin sözlərinə görə, bəzən onların miqdarı normadan artıq olur. Daimi istifadə zamanı, az dozada belə, bu maddələr qana keçərək ciddi fəsadlara səbəb ola bilər:
idrak və reproduktiv funksiyaların pozulması;
böyrəklərlə bağlı problemlər;
onkoloji xəstəliklər riskinin artması.
Mütəxəsislər həmçinin kosmetikaya qarşı mümkün allergik reaksiyaları da xatırladıblar: qızartı, qaşınma, şişkinlik və səpgilər. Onlar yeni vasitələri istifadə etməzdən əvvəl dərinin kiçik sahəsində yoxlamağı məsləhət görüblər.