"Turan Tovuz"un futbolçusu Ayxan Hüseynova Azərbaycan çempionatında 100 oyuna çatdığı üçün forma hədiyyə edilib.

Offsideplus.az xəbər verir ki, ona 100 nömrəli formanı bölgə klubunun baş məşqçisi Kurban Berdıyev və idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov təqdim ediblər.

Qeyd edək ki, Ayxanın yubiley oyunu ötən həftə keçirilən "Qəbələ" ilə matça təsadüf edib.

O, 100 qarşılaşmada 13 qola imza atıb.