AZ

Dövlət Departamenti Polşaya 780 milyon dollarlıq “Javelin” raketlərinin satışına razılıq verib.

ABŞ Dövlət Departamenti Polşaya 780 milyon dollarlıq “Javelin” raketlərinin satışına razılıq verib.

APA xəbər verir ki, bu barədə Pentaqonun Xarici Hərbi Satınalmalar üzrə Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Varşava ABŞ-dan 2 506 ədəd FGM-148F “Javelin” tank əleyhinə raketi və 253 ədəd buraxılış qurğusu almaq üçün müraciət edib.

Sazişin ümumi dəyəri 780 milyon dollar təşkil edir.

ABŞ tərəfi bildirib ki, bu silahların satışı Polşanın müdafiə qabiliyyətini gücləndirəcək və NATO müttəfiqlərinin təhlükəsizliyinə töhfə verəcək.

Seçilən
16
1
apa.az

2Mənbələr