AZ

Erlinq Haland karyerasını İspaniya La Liqasında davam etdirə bilər

Bakı. Trend:

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland karyerasınıİspaniya La Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki,"Barselona" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə"El Nacional" məlumat yayıb.

İspaniya çempionu Haalandı gələn ilin yayında heyətinə qatmağıplanlaşdırır. İngiltərə klubu 25 yaşlı forvard üçün 100 milyon avrotələb edəcək.

Qeyd edək ki, "Mançester Siti" Erlinq Haalandı 2022-ci ilinyayında Dortmund "Borussiya"sından transfer edib. Norveç millisininüzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı8 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
3
1
az.trend.az

2Mənbələr