AZ

Fransada kütləvi etirazlar zamanı 300-dən çox şəxs saxlanılıb - YENİLƏNİB

Fransa polisi hökumətin sosial xərcləri azaltmaq planlarına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox şəxsi saxlayıb.

APA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Bryuno Retayo məlumat yayıb.

“309 nəfər saxlanılıb, onlardan 134-ü həbs edilib”, – deyə nazir bildirib.



***
21:21

Fransada kütləvi etirazlar zamanı 180-dən çox şəx saxlanılıb.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslərin 31-i Parisdədir.

Etirazlar zamanı ən azı 11 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb. Bundan əlavə, təxminən 10 aksiya iştirakçısı və 1 jurnalist yaralanıb.

Fransada keçirilən genişmiqyaslı etiraz aksiyaları “Hər şeyi blok edək” şüarı altında təşkil olunur və ölkə əhalisinin hökumətin təklif etdiyi sərt iqtisadi islahatlara etirazını əks etdirir.

Seçilən
4
3
apa.az

10Mənbələr