Uroloq-androloq, cərrah İlnur Ağliullin öpüşlərin hansı faydalı xüsusiyyətlərə malik olduğunu izah edib.
Publika.az xəbər verir ki, həkim bu barədə "Ufatime" nəşrinə verdiyi müsahibədə danışıb.
Onun sözlərinə görə, öpüş zamanı orqanizmdə stres hormonu olan kortizolun səviyyəsi azalır, əvəzində xoşbəxtlik hormonları — dopamin və oksitosin artır. Bundan əlavə, kişilərdə və qadınlarda cinsi istəyi artıran testosteron hormonu da ifraz olunur.
Ağliullin əlavə edib ki, öpüşlər qırışların yaranmasının qarşısını alır. Bu prosesdə 34 üz əzələsi və bütün bədən üzrə təxminən 112 əzələ iştirak edir. Həmin əzələlərin aktiv fəaliyyəti dərinin elastikliyini uzun müddət qorumağa və yaşlanma əlamətlərini azaltmağa kömək edir.
Həkimin sözlərinə görə, öpüş həmçinin immun sistemini və ürək-damar sağlamlığını gücləndirə bilər: ürək döyüntüsünü sürətləndirir, qan dövranını yaxşılaşdırır və xoş hisslər yaradır ki, bu da ümumi sağlamlığa müsbət təsir göstərir.