21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Rekord.az xəbər verir ki, 21 yaşlı müdafiəçi sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.