ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeonenin Çempionlar Liqası matçından sonra meydandan qovulmasına səbəb olmuş "Liverpul" azarkeşi Conni Poulter hərəkətinin məhsuldar ötürmə kimi qeydə alınmasını istəyib.
İdman.biz bildirir ki, Liverpulda keçirilən qarşılaşma artırılmış dəqiqələrdə Vircil van Deykin qələbə qolu 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Van Deykin qol vurmasından sonra madridlilərin baş məşqçi rəqib komandanın azarkeşlərinə tərəf qaçaraq dava salmağa cəhd edib. Onun yolunu stüardlar kəsiblər. Bu zaman Simeone hakimə orta barmağını göstərib. Conni Poulter də daxil olmaqla azarkeşlər analoji jest edərək Simeoneni təxribata çəkiblər. Baş hakim Mariani argentinalı mütəxəssisə qırmızı vərəqə göstərib.
"Məhsuldar ötürmə mənə yazılacaq?" — Poulter sosial şəbəkədə Simeonenin üzünə güldüyü şəkli olan paylaşıma şərh verib.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.