AZ

Tramp Əfqanıstandakı hava bazasını geri almağa çalışır

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ hakimiyyəti Əfqanıstandakı Baqram aviabazasını geri almağa ümid edir və bunun üçün müəyyən addımlar atır.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, Trampın fikirləri Ağ evin “YouTube” kanalında yayımlanıb.

"Dünyanın ən böyük hava bazası olan Baqramı saxlayacağıq. Biz onu elə-belə vermişdik. Yeri gəlmişkən, biz onu geri almağa çalışırıq. Yaxşımı? Bu, bir az sensasiya ola bilər", - Amerika lideri bildirib.

O əlavə edib ki, ABŞ-nin bazaya ehtiyacı var, çünki ora Çin nüvə obyektlərindən bir saatlıq uçuş aralığında yerləşir.

Tramp ABŞ-nin Baqramı tam olaraq necə geri almağa çalışdığını açıqlamayıb.

QAZİLER.AZ

Seçilən
21
qaziler.az

1Mənbələr