AZ

Azərbaycan genişzolaqlı internetin və mobil internetin sürəti üzrə 5 pillə irəlilədi » AzadMedia.az

Azərbaycan

Azərbaycan genişzolaqlı internetin və mobil internetin sürəti üzrə 5 pillə irəlilədi.

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın avqust ayı üzrə hesabatına əsasən, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ay ərzində əhəmiyyətli dərəcədə artaraq orta hesabla 83,95 Mbit/s-ə çatıb. Bu, illik sürətin 85% artımı deməkdir. Qeyd edim ki, ötən ilin iyul ayında bu göstərici 45.47 Mbit/s idi.

Bakı şəhəri üzrə də genişzolaqlı internetin sürətində artım qeydə alınıb və ötənilin müvafiq dövrü ilə müqaisədə 80% artım göstərərək 47.01 Mbit/s-dən 84.76 Mbit/s-ə yüksəlib. Eyni irəliləmə mobil internetin sürətində də öz əksini tapıb. Belə ki, cari ilin avqust ayında ölkədə mobil internetin sürəti 39% artım göstərək 76.61 Mbit/s-ə çatıb. Ötən ilin avqust ayında isə bu göstərici 55.14 Mbit/s idi.

Bu nəticələr ölkədə son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur işlərinin, o cümlədən “Onlayn Azərbaycan” layihəsinin real təsirini əks etdirir. Qeyd edim ki, bu yaxınlarda həmin layihəsinin əsas operatorlarından olan “Aztelekom”-un rəhbərləri xarici mediyaya müsahibələri zamanı 10G və 50G PON texnologiyasının tətbiqi ilə yaxın zamanda həm ev, həm də biznes təsərrüfatlarının istifadəçiləri üçün 500 Mbit/s və daha yüksəksürətli internetlə təmin edilmə imkanı yaradılacağını bildirmişdirlər.

Seçilən
16
1
azadmedia.az

2Mənbələr