AZ

Tramp Çinə qarşı gömrük rüsumlarının artırılmasını yenidən təxirə sala bilər

Tramp

ABŞ administrasiyası Çindən olan mallara tətbiq ediləcək gömrük rüsumlarının artırılmasını bir daha təxirə sala bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Key Starmerlə ölkəsinin iqamətgahı olan Chequersdə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Biz Çinlə olan razılaşmaları uzada bilərik, amma bu, indiki şərtlərlə olacaq. Bu, olduqca yaxşı şərtlərdir", — deyə Tramp bildirib. "Biz razılaşmağa çox yaxınıq", — deyə ABŞ prezidenti, Çinlə ticarət sahəsindəki genişmiqyaslı razılaşmaları nəzərdə tutaraq əlavə edib.

Prezident əvvəlcə bu həftə bəyan edib ki, 19 sentyabr tarixində Çinin Dövlət Başçısı Si Cinpinlə telefon danışığı keçirəcək. Trampın sözlərinə görə, danışıqda, xüsusilə, TikTok sosial şəbəkəsinin Çin tərəfdaşlarından Amerikan şirkətləri tərəfindən alınması məsələsi müzakirə olunacaq.

Məryəm Quliyeva

Seçilən
2
xalqcebhesi.az

1Mənbələr