AZ

Ukrayna və Polşadan Putinə GÖZDAĞI: Rusiyaya qarşı güclərini birləşdirirlər!

Ukrayna və Polşa arasında Rusiyaya qarşı əməkdaşlıq imkanları genişlənir. Rusiya Federasiyasının bölgədəki təhdidlərinə qarşı cavab olaraq, Ukrayna və Polşa arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar davam edir.

Tərəflər xüsusilə pilotsuz uçuş sistemləri və sərhəd təhlükəsizliyi sahəsində birgə əməliyyat imkanlarını müzakirə edirlər. Bu çərçivədə atılacaq addımların regionda sabitliyin təmin olunmasına və Rusiya təhdidlərinə qarşı birgə mövqe formalaşdırılmasına xidmət edəcəyi gözlənilir.

Turkustan.az olaraq mövzu ilə bağlı suallarımızı siyasi şərhçi Tural İsmayılova ünvanladıq. Politoloq bildirdi ki, Polşa və Ukraynanın Rusiya qarşısında güclərini birləşdirməsi son ayların diqqətçəkən tendensiyalarından biridir.

Tural

Tural İsmayılov

Bu əməkdaşlıq həm hərbi, həm də siyasi müstəvidə özünü göstərir. Ukraynanın müharibə şəraitində olması onun Polşaya daha çox ehtiyac yaratmasına səbəb olur. Polşa isə həm NATO üzvü, həm də Avropa İttifaqının dayaqlarından biri kimi Ukraynanı müdafiə etməklə Qərbin ön xəttində dayanır. Bu, əslində Moskva üçün ciddi xəbərdarlıqdır.

İki ölkənin yaxınlaşması regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması deməkdir. Polşa öz sərhədlərinin təhlükəsizliyini Ukraynanın müqaviməti ilə ölçür. Ukrayna isə Polşanın siyasi dəstəyini arxasında hiss etməklə daha güclü görünür. Qərbin hərbi yardımlarının da çox zaman Polşa üzərindən çatdırılması təsadüfi deyil.

Bu prosesdə ABŞ-ın da Polşaya verdiyi rol strateji əhəmiyyət kəsb edir. Moskva isə bu birləşməni öz maraqlarına qarşı yeni təhdid kimi qiymətləndirir. Bütün bunlar göstərir ki, Polşa-Ukrayna yaxınlaşması yalnız ikitərəfli münasibət deyil, daha geniş Qərb-Rusiya qarşıdurmasının parçasıdır.

Azərbaycanın mövqeyindən baxanda bu proses postsovet məkanında güc balansını dəyişdirir. Nəticə etibarilə, Polşa və Ukraynanın əməkdaşlığı Rusiyaya qarşı strateji blokun əsas sütunlarından birinə çevrilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
1
turkustan.az

2Mənbələr