AZ

Bakıdakı 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı iddia olunurVİDEO

Bakının Nizami rayonu, 250 nömrəli məktəbində valideynlərdən pul yığıldığı iddia olunur.

"Xəzər Xəbər"in vatsap qaynar xəttinə müraciət edən valideynlər belə deyirlər. Onların iddiasına görə, illərdir vatsapda yaradılmış qrup vasitəsilə onlardan müxtəlif adlar altında pul yığılır. Deyilir ki, sinif təmir olunmalı, pərdələr dəyişdirilməli, xadimə üçün pul yığılmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, valideynlərdən kimisi bu kimi təşəbbüslərdən artıq təngə gəldiyini, kimisi isə məcbur qalılb ödədiyini deyir.

Valideynlərdən biri deyir ki, bununla bağlı ötən il məktəb rəhbərliyinə məlumat veriblər. 

250 nömrəli tam orta ümumtəhsil məktəbindən bildirildi ki, 8-ci siniflərində pul yığımı ilə bağlı valideynlərin və müəllimlərin iştirakı ilə məktəbdaxili araşdırma aparılıb. Araşdırma zamanı məlum olub ki, 8c sinfində məktəb rəhbərliyinin xəbəri olmadan bir qrup valideyn tərəfindən öz təşəbbüsləri ilə vəsait toplanılıb. Lakin bəzi valideynlər narazı olduqları üçün təşəbbüs baş tutmayıb. Bu cür halların yolverilməzliyi valideynlərin və müəllimlərin diqqətinə çatdırılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, sözügedən məktəbdə vəsait toplanması iddiası ilə bağlı araşdırma aparılacaq. Qurumdan o da qeyd edildi ki, məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
4
xezerxeber.az

5Mənbələr