AZ

Ev sahibi qapını döyəndə: Kirayəçinin hüquqları harada başlayır?

"Kirayə münasibətlərində həm ev sahibinin, həm də kirayəçinin hüquqları qanunla qorunur. Ən çox rast gəlinən yanlışlıq odur ki, ev sahibləri düşünürlər ki, istədikləri an kirayəçini evdən çıxara bilərlər”. 

Hurriyyet.az bildirir ki, bu sözləri Azərbaycan hüquqşünas Günay Əliyeva Demokrat.az-a açıqlamasında deyib.

O bildirib ki, notarial qaydada bağlanmış müqavilə varsa, bu artıq hüquqi qüvvəyə malik sənəddir və tərəflərin öhdəliklərini müəyyən edir:

“Ev sahibi yalnız konkret hallarda müqavilə müddəti bitdikdə, kirayə haqqı ödənilmədikdə, əmlaka qəsdən ziyan vurulduqda və ya məhkəmə qərarı olduqda kirayəçini evdən çıxara bilər. Bunun xaricində kirayəçinin hüququ pozula bilməz. Kirayəçi də bilməlidir ki, müqavilə qüvvədə olduğu müddətdə onun evdə qalmaq hüququ qorunur, lakin öhdəliklərini  yerinə yetirməsə, ev sahibinə qanuni əsas yaranır. Bu münasibətlər yalnız şəxsi razılıq deyil, qanunla tənzimlənən hüquqi müstəvidir. Ona görə də tərəflərin hər ikisi emosiyalara yox, müqavilə və qanuna əsaslanmalıdır”.

Leyla Turan

Seçilən
11
3
hurriyyet.az

4Mənbələr