"Benfika" Joze Mourinyonu baş məşqçi postuna təyin etdiklərini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lissabon təmsilçisi ilə 62 yaşlı mütəxəssis arasında imzalanan müqavilənin müddəti 2026/2027 mövsümünün sonuna qədər davam edəcək.
Mourinyo bu postda ötən gün istefaya göndərilən Brunu Lageni əvəzləyib.
Lage Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"a 2:3 hesablı məğlubiyyətdən sonra işindən qovulub.