AZ

ABŞ bir neçə F-35 döyüş təyyarəsini Puerto-Rikoya yerləşdirib

Vaşinqton, 18 sentyabr, AZƏRTAC

ABŞ narkokartellərə zərbə vurmaq məqsədilə bir neçə F-35 döyüş təyyarəsini Puerto-Rikoya yerləşdirib. AZƏRTAC xəbər verir ki, bu barədə “Associated Press” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

İki ABŞ rəsmisi bir neçə F-35 təyyarəsinin hazırda ABŞ-a məxsus həmin ərazidə olduğunu açıqlayıb. Bildirilir ki, təyyarələr 2000-dən çox dəniz piyadasını daşıyan bir neçə gəmi və həftələrdən bəri bölgədə olan dəniz patrul təyyarələri ilə birgə müvafiq missiyanı həyata keçirəcək.

 

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
0
1
azertag.az

2Mənbələr