AZ

Türkiyə Liviyalılar üçün yeni viza sisteminə keçib

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Ticarət naziri Ömər Bolat, Liviyanın Nəqliyyat naziri Məhəmməd Salim əş-Şəhubi ilə Ankarada keçirilən görüşdə Liviyalı vətəndaşlar üçün yeni viza sisteminin tətbiq edildiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, nazir bildirib ki, 15 sentyabr 2025 tarixindən etibarən Liviyalılar üçün uzunmüddətli və çoxgirişli viza proseduruna başlanılıb.

Bolat, bu qərarın iki ölkə arasındakı iqtisadi, ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu sistem Liviyalıların Türkiyəyə gəlişini asanlaşdıracaq və əlaqələri gücləndirəcək.

Nazir Ömər Bolat, iki ölkə arasında bu ilin ilk 8 ayında ticarət dövriyyəsinin 3 milyard dollara çatdığını, ilin sonuna qədər bu rəqəmin 4 milyard dollar, gələn il isə 5 milyard dollar olmasının hədəfləndiyini deyib.

Bolat, Liviyanın Türkiyə üçün mühüm tərəfdaş olduğunu qeyd edərək, Türk mütəxəssislərinin ilk xarici tikinti layihələrinin 1972-ci ildə Liviyada başladığını xatırladıb. O vaxtdan bəri türk şirkətləri Liviyada 31,5 milyard dollar dəyərində 641 layihə həyata keçirib.

Ömər Bolat qeyd edib ki, iki ölkə arasında Karma İqtisadi Komissiyanın (KEK) bu ilin dekabrında keçiriləcəyi gözlənilir və İqtisadi və Ticarət Ortaq Komitəsinin (JETCO) qurulmasına dair sazişin yaxın zamanda İstanbulda imzalanması planlaşdırılır.

Nazir, həmçinin təhsil, səhiyyə, turizm, kənd təsərrüfatı, balıqçılıq, mədənçilik və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanlarının olduğunu bildirib.

Liviyanın Nəqliyyat naziri Məhəmməd Salim əş-Şəhubi də çıxışında iki ölkə arasında əlaqələrin inkişafına diqqət çəkərək, Türk şirkətləri üçün neft sahəsində yeni imkanların olduğunu bildirib. O, həmçinin “həyata dönüş” proqramı çərçivəsində Liviyada yeni layihələrin həyata keçirildiyini və bu layihələrin bir hissəsinin Türk şirkətləri tərəfindən icra olunduğunu qeyd edib.

Nazir Şəhubi, həftədə 50 aviareysin həyata keçirildiyini və yeni aviauçuşların planlaşdırıldığını da əlavə edib.

Seçilən
15
turkic.world

1Mənbələr