AZ

Pezeşkian etnik kimliyi ilə bağlı fərziyyələrə son qoydu: Atam da, anam da...

 

İran Prezidenti Məsud Pezeşkian etnik kimliyi ilə bağlı yayılan fərziyyələrə aydınlıq gətirib.

 

Sitat.info xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb. 

 

"Atam da, anam da türkdür, türk olduğum üçün fəxr edirəm", - deyə Məsud Pezeşkian vurğulayıb.

 

Xatırladaq ki, 2024-cü ilin iyulunda keçirilmiş prezident seçkisində islahatçı qanadın namizədi kimi çıxış edən və ikinci turda Səid Cəliliyə qalib gələrək İranın 9-cu prezidenti seçilən Pezeşkian bu vəzifəyə gəlməzdən əvvəl səhiyyə naziri və parlamentin deputatı kimi fəaliyyət göstərib.

 

Pezeşkian yeddiuşaqlı ailənin beşinci övladıdır. Onun anası Məhbubə Sudbaxş 1930-cu ildə Urmiyada anadan olub. Atası Məhəmməd Əli isə əczaçılıq sahəsində çalışıb. Ailə bir müddət Soyuqbulaq (Mahabad) şəhərində yaşayıb.

 

Seçilən
9
6
sitat.info

10Mənbələr