AZ

“Süni intellekt bəzi vəzifəlilərdən yaxşı işləyər” Razi Nurullayev

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Albaniyanın baş naziri Edi Rama dövlət satınalmaları üzrə nazir vəzifəsinə süni intellekt botunu təyin edib.Bu addım Azərbaycanda da müzakirələrə səbəb olub. Vətəndaşlara maraqlıdır ki, görəsən, ölkədə hər hansı bir vəzifəyə süni intellekt botu təyin edilə bilər?Bizim.Media məsələylə bağlı deputat Razi Nurullayevin fikirlərini öyrənib.Millət vəkili belə bir yeniliyin olmasının tərəfdarıdır. “Süni intellektlə  real insan arasında müqayisə aparıla bilər ki, hansı daha yaxşı təkliflər verir, daha mükəmməldir. Bu, süni intellektin inkişafıyla bağlı ölkəmizdə ciddi irəliləyişə səbəb ola bilər. ABŞ və Azərbaycan arasında süni intellektin inkişafıyla bağlı bağlanan memorandumda müəyyən müddəalar var. Gələcəkdə bağlanacaq strateji xartiyada da süni intellekt xüsusi yer tutacaq”.Razi Nurullayev düşünür ki, süni intellekt insanlardan hətta bəzi vəzifəlilərdən daha yaxşı işləyər.“Bəzi vəzifəli şəxslər var ki, vətəndaşları çox incidirlər. Buna görə də müqayisə etmək olar ki, vətəndaşları süni intellekt çox incidəcək, yoxsa vəzifəli şəxslər?”Bəs süni intellektə hansı sahə üzrə vəzifə vermək lazımdır?“Süni intellekt Şəhərsalma və Arxitektura Komitəsində istifadə edilsə daha yaxşı olar. Çünki 10 milyon insan şəhərsalma komitəsinə sənədlərini yollayır. Komitə isə bunun üzərindən çətinliklə gəlir, bəzən gələ bilmirlər. O qədər müraciətləri cavablamaq üçün nə qədər işçi olmalıdır. Buna görə də süni intellektin müəyyən işlərə təyin olunması onların işlərini yüngülləşdirə bilər”, -deyə Razi Nurullayev qeyd edib.Nəzrin Mirzəyeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
bizim.media

1Mənbələr