AZ

Neftçi rəsmisi: Verilən qərardan çox narazıyıq

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

AFFA İntizam Komitəsinin qərarının qüvvədə saxlanılması "Neftçi"nin futbolçusu İqor Ribeyronun karyerasına böyük zərbədir. Bunu "Report"a açıqlamasında "ağ-qaralar"ın media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

Klub rəsmisi qərardan narazı qaldıqlarını söyləyib:

"Verilən qərardan çox narazıyıq. Əlbəttə, ümid edirdik ki, İntizam Komitəsinin çıxardığı cəza azaldılacaq. Amma belə olmadı. Üç oyunluq cəza qüvvədə qaldı. Bizim üçün böyük itkidir. Futbolçunun karyerası üçün də böyük zərbədir. Bir aydan artıq müddətdə meydana çıxa bilməyəcək. Son oyunlarda da hakimlərin yanlış qərarlarından əziyyət çəkdik. Ümid edir və inanırıq ki, bundan sonrakı turlarda ədalətli qərarların şahidi olarıq".

Qeyd edək ki, "Neftçi"nin futbolçusu İqor Ribeyro "Turan Tovuz"a uduzduqları Misli Premyer Liqasının III turunun oyununda təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə almışdı. O, AFFA İntizam Komitəsinin qərarı ilə 3 oyunluq cəzalanıb, "ağ-qaralar"a isə 3 000 manat cərimə tətbiq edilib. Klub məsələ ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət etsə də, qərar qüvvədə saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
sport24.az

1Mənbələr