ain.az bildirir, Azertag portalına istinadən.
Pekin, 18 sentyabr, AZƏRTAC
Cənubi Koreya Prezidenti İ Ce Myonq ölkənin Cənubi Colla əyalətindəki 2 bölgəni şiddətli yağışlarla əlaqədar xüsusi təbii fəlakət zonası elan edib.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, xüsusi təbii fəlakət zonası elan edilən bölgələr əyalətin Muan və Hampyon rayonlarıdır. Avqustun əvvəlindən başlayan leysan yağışları həmin rayonlarda ciddi fəsadlar törədib. Dövlət başçısı müvafiq qurumlara xüsusi təbii fəlakət zonasında bərpa işlərini qısa zamanda başa çatdırmağı, bununla da təxliyə edilmiş sakinlərin öz yurdlarına geri qayıtmalarını sürətləndirməyi tapşırıb.
Xüsusi təbii fəlakət zonası statusu həmin bölgədə bərpa işləri üçün dövlət büdcəsindən əlavə vəsaitin ayrılmasına imkan verəcək. Bundan başqa, sakinlərə vergi və kommunal xidmətlərin ödənişində güzəştlər tətbiq olunacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.