AZ

Tarixi fürsət Paşinyanın Şuşaya səfəri gündəmdədir

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Şuşa Azərbaycan diplomatiyanın mərkəzinə çevrilib. Qarabağın mədəni mərkəzi artıq böyük siyasi toplantıların və beynəlxalq dialoqların ünvanı hesab edilir. Burada Türk Dövlətləri Təşkilatı sammiti, Mədəniyyət nazirlərinin görüşləri, habelə müxtəlif beynəlxalq forumlar keçirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, həmçinin bir sıra Avropa və Asiya ölkələrinin nümayəndə heyətləri Şuşada səfərdə olublar.

Sözügedən səfərlər Şuşanın beynəlxalq arenada siyasi və diplomatic məkan kimi qəbul edildiyini göstərir. Elə buna görə də Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyi toplantısının məhz Şuşada baş tutuması ehtimalı dəyərləndirilir.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilib. İndiyədək keçirilən görüşlərdə 50-ə yaxın Avropa ölkəsinin dövlət və ya hökumət başçıları iştirak edib. Azərbaycan və Ermənistan liderləri də sözügedən müzakirələrin iştirakçısı olub.

Bir müddət əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta 2026–2028-ci illərdə Birlik görüşlərinin hansı ölkələrdə keçiriləcəyini açıqlayıb. Belə ki. Avropa Siyasi Birliyinin 2026-cı ildəki sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında da Latviyada baş tutacaq.

Heç şübhəsiz, Azərbaycanda keçiriləcək görüşün diplomatiyanın mərkəzinə çevrilən Şuşada baş tutuması istisna edilmir. Belə olan halda Ermənistan baş naziri Nikol Paşinyanın Şuşaya gəlişi və burada Prezident İlham Əliyevlə görüşü region üçün tarixi hadisəyə çevrilə bilər.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Avropa Siyasi Birliyinin keçiriləcəyi dövrə qədər Azərbaycanla Ermənistan arasında dövlətlərarası sülh müqaviləsi imzalansa, bu məsələlərə baxmaq olar.

“Yəqin qarşılıqlı tədbirlərdə iştirak məsələsi müsbət istiqamətdə inkişaf edə bilər. Ancaq dövlətlər arasında rəsmi qaydada təsdiq olunmuş sülh sazişi olmasa ölkə başçılarının qarşılqılı tədbirlərə qoşulma məsələsi mənə belə gəlir ki, mümkün olmayacaq”, - o qeyd edib.

Deputat Avropa Siyasi Birliyinin toplantısının Şuşada keçiriləcəyini istisna etmir.

“4-5 ildir ki, ən yüksək səviyyəli beynəlxalq görüş və tədbirlər artıq Xankəndi və Şuşada keçirilir. Bu, artıq ənənə halını alır. Bu məsələ Azərbaycanın öz iradəsi və ixtiyarındadır. Kimin xoşu gəlməyəcəksə, iştirak etməyəcəksə bu, onun öz işidir. Tədbiri harada keçirəcəyimizi biz müəyyən edirik. Dəvət edirik, kim istəsə gəlir, kim istəməsə gəlmir”.

Parlamentari vurğulayıb ki, sülh sazişi imzalanmış olsa, Şuşada və ya Xankəndidə keçiriləcək tədbirdə liderlərin görüşü mümkündür:

“Paşinyanın son hərəkətləri onu deməyə əsas verir ki, o, son 35-40 il ərzində Ermənistanda rəhbərlik edən şəxsləri ağıl sırasına düzsək, ən ağıllısıdır. Erməni xalqının sağlam düşüncəli hissəsi bu gün Paşinyanın apardığı siyasətin Ermənistan dövlətinin varlığına, gələcək inkişafına xidmət etdiyini bilir. Paşinyan bu gün sülhməramlı istiqamətdə siyasət aparır. Bu siyasət qonşularla, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına və sağlamlaşmasına yönəlib. Gözləmək olar ki, tədbirin harada keçirilməsindən asılı olmayaraq, Paşinyan həmin tədbirdə iştirak edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
3
modern.az

4Mənbələr