ain.az, Apa.az portalına istinadən məlumat yayır.
Donetsk vilayətinin Konstantinovka şəhəri Rusiya ordusu tərəfindən bombalanıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Qeyd edilib ki, nəticədə 5 nəfər həyatını itirib.
Rusiya ordusunun FAB-250 tipli aviasiya bombası ilə şəhərin yaşayış sektorunu vurması nəticəsində həlak olanların ikisi qadın, üçü kişi olub.
Partlayış nəticəsində 4 çoxmənzilli yaşayış binasına ciddi ziyan dəyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.