AZ

"Nənə" qiyafəsində terror törədərkən yaxalandı VİDEO

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya xüsusi xidmət orqanları Sankt-Peterburqda müdafiə müəssisəsinin direktoruna qarşı planlaşdırılan terror aktını zərərsizləşdirib.

Bakupost.az kp.ru-ya istinadla xəbər verir ki, istintaqa görə, 31 və 32 yaşlı iki qadın Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 19 yaşlı gənclə birlikdə sui-qəsd hazırlayıblar.

Onlar əvvəlcə “obyekti” izləyib, sonra “Volkovski” qəbiristanlığında partlayıcı qurğunu gizlədiblər.

“Powerbank” korpusunda quraşdırılıan partlayıcı uzaqdan telefon zəngi ilə işə düşməli idi.

19 yaşlı gənc qoca qadın qiyafəsində qurğunu maşına bərkidərkən xüsusi xidmət əməkdaşları tərəfindən dərhal yaxalanıb.

Onunla əlbir olan qadınlar isə ölkədən qaçarkən saxlanılıdblar.

Onları terrorçuluq və dövlətə xəyanət maddələri üzrə uzunmüddətli həbs cəzaları gözləyir.

Ayxan,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
www.bakupost.az

1Mənbələr