AZ

Qeyri-sabit hava şəraiti ilə bağlı AÇIQLAMA - QAR yağacaq...

"Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-23 dərəcə isti təşkil edəcək".

Milli.Az xəbər verir ki, bu barədə musavat.com-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin sentyabrın 21-i gündüzədək davam edəcəyini bildirib:

"Bəzi yerlərdə fasilələrlə yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimal olunur. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var".

Milli.Az

Seçilən
15
6
milli.az

7Mənbələr