AZ

42 nəfər narkotik istifadəçisi İİV-ə yoluxub

Bu ilin avqust ayının sonuna kimi aşkarlanmış İnsanın immunçatışmazlığı virusuna (İİV) yoluxmuş Azərbaycan vətəndaşları arasında 42 (5%) nəfəri inyekson narkotik istifadəçiləri olub.

Modern.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 285, QİÇS-lə Mübarizə Mərkəzində 321, Sumqayıt Narkoloji Mərkəzində 134 nəfər) 740 xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İİV-ə yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

 

Seçilən
36
7
modern.az

9Mənbələr