ain.az, Cebheinfo saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.
Hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib. Məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Cəlilabad rayonunun Hamarqışlaq kənd bələdiyyəsinin sədri Zakir Həsənov məktəblilər arasında baş verən hadisə ilə bağlı “Cebheinfo.az”-a açıqlama verib:
“Məktəbli uşaqlar olublar. Bizim elə də yaxınlığımız olmayıb, yəni onları yaxşı tanımırdım. Bələdiyyə sədriyəm. Eyni zamanda, həmin uşaqlar bizim əraziyə aid deyillər. Onlar Ağdaş ərazisinin uşaqlarıdır, bura məktəbə gəliblər”.
Bələdiyyə sədri qeyd edib ki, uşaqların və ailələrinin münasibətləri barədə də hər hansı mənfi fikir səslənməyib:
“Deyilənə görə, problemli uşaqlar olmayıblar. Xəsarət yetirən saxlanılıb, digəri isə vəfat edib. Hadisənin nəyə görə baş verdiyi hələlik məlum deyil, istintaq davam edir.
Onların bir-biri ilə münasibətlərinin də pis olmadığı bildirilir. Maraqlandıq, hamı deyir ki, araları yaxşı olub. Həmçinin ailələrinin də münasibətləri normal olub, heç bir problem müşahidə edilməyib. Bıçağı evdən gətirdiyi, yoxsa üzərində gəzdirdiyi barədə isə dəqiq məlumatım yoxdur. Hazırda istintaq aparılır, məsələ araşdırılır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
məktəb şagird Bələdiyyə sədri
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.