AZ

Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasına dair tədbir keçirilib

Bakı. Trend:
17 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının ƏdliyyəNazirliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının birgətəşkilatçılığı ilə Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunmasıvə dövlət idarəçiliyində dil mədəniyyətinin gücləndirilməsiməqsədilə maarifləndirici tədbir keçirilib.

Trendxəbər verir ki, Ədliyyə Akademiyasında keçirilən tədbirdəAzərbaycan dilinin qorunması, qloballaşma dövründə onunistifadəsinin daha da genişləndirilməsi, ədəbi dil normalarınınictimaiyyətlə ünsiyyətdə düzgün tətbiqi, eləcə də peşəkar üslubunformalaşdırılması kimi mövzular müzakirə olunub.

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədrmüavini, Azərbaycanın əməkdar artisti, telejurnalist, rejissorRafiq Həşimov mövzu ilə bağlı çıxış edərək dövlət idarəçiliyindəAzərbaycan ədəbi dilinin düzgün tətbiqinin vacibliyini vurğulayıb.O bildirib ki, peşəkar ünsiyyətin səlis və anlaşıqlı qurulması, həmvətəndaşlarla kommunikasiya, həm də ictimai rəyin formalaşmasıbaxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə keçirilənmaarifləndirmə tədbirləri və treninqlər əməkdaşların dilbiliklərinin təkmilləşdirilməsinə, üslub pozuntularının qarşısınınalınmasına və Azərbaycan ədəbi dil normalarının qorunmasına xidmətedir.

Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov, AudiovizualŞuranın mətbuat katibi Taleh Quliyev və Ədliyyə NazirliyininMətbuat xidmətinin rəisi Ləman Hüseynzadə öz çıxışlarındaAzərbaycan ədəbi dilinin normalarına ciddi surətdə əməl edilməsininvacibliyini qeyd ediblər.

İnteraktiv müzakirələr zamanı iştirakçıların suallarıcavablandırılıb, onlara ədəbi dil normalarının düzgün tətbiqi vənitq mədəniyyətinin qorunması barədə məlumat verilib. Tədbirdə,həmçinin İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyininnümayəndələri də iştirak ediblər.

Xəbər yenilənəcək

Məqalədə:
Seçilən
17
4
az.trend.az

5Mənbələr