AZ

“Hyundai” 570 minə yaxın avtomobili geri çağırır


Cənubi Koreyanın “Hyundai Motor” şirkəti təhlükəsizlik kəmərlərinin nasazlığı ilə əlaqədar 568 min 580 avtomobili ABŞ bazarından geri çağıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin məlumatlarına istinadla məlumat yayıb.
Məlumata görə, geri çağırılma 2020-2025-ci illər arasında istehsal edilmiş “Palisade” yolsuzluq avtomobillərinə aiddir.
İdarə qeyd edir ki, buna səbəb təhlükəsizlik kəmərinin bağlamalarındakı nasazlıqdır.
Belə ki, quraşdırma zamanı istifadə olunan hissələrin ölçüləri zavod ölçüləri ilə uyğun olmaya, bu isə qəza zamanı sərnişinlərin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.
Seçilən
53
yeniavaz.com

1Mənbələr