AZ

Zaur Həşimov: "Qarabağ" istənilən rəqiblə mübarizə apara bilər"

"İlk növbədə "Qarabağ"ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Lissabondakı oyun futbol tariximizə qızıl hərflərlə yazılacaq matç oldu".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Zaur Həşimov deyib.

Veteran futbolçu "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Benfika" üzərində səfərdə qazanılan 3:2 hesablı qalibiyyətdən danışıb: "Benfika"nın ilk dəqiqələrdə pressinq edib tez qol vurmağa cəhd edəcəyi gözlənilən idi. Onlar startda iki qol vuraraq buna nail oldular. Təmsilçimiz bundan sonra toparlandı və öz oyunu ilə meydanda diqtə etməyə başladı. Futbolçuların yüksək motivasiyası, cəsarəti "Qarabağ"ın qələbəsində böyük rol oynadı. "Benfika"nın böyük azarkeş ordusuna, hesabda 2 top geridə düşməsinə baxmayaraq, Ağdam təmsilçisi geridönüş edə bildi. Bundan sonra baş tutacaq görüşlərdə rəqiblər "Qarabağ"a daha ciddi yanaşacaqlar. Amma bu oyun göstərdi ki, "Qarabağ" istənilən rəqiblə mübarizə apara bilər".

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcək.

Seçilən
6
1
idman.biz

2Mənbələr