AZ

Payız mövsümündə sağlamlığımızı necə qoruyaq? AÇIQLAMA

Azxeber.com saytından alınan məlumata görə, ain.az bildirir.

Payız mövsümündə dəyişkən hava şəraiti insan sağlamlığına mənfi təsir göstərə bilir. 

Rütubətin artması və kəskin hava dəyişiklikləri xüsusilə tənəffüs yolları xəstəliklərinin, mövsümi allergiyaların və ürək-damar problemlərinin artmasına şərait yaradır. 

Mövzuyla bağlı AZXEBER.COM-a açıqlama verən həkim-infeksionist Mərdan Əliyev havaların qəfil soyuması insan orqanizminin adaptasiya prosesini çətinləşdirir:

"Eyni zamanda əlavə enerji sərf olunmasına səbəb olur və immun sistemini zəiflədir. İmmun sisteminin zəifləməsi isə insanların müxtəlif xəstəliklərə qarşı həssaslığını artırır. Qapalı məkanlarda qalmaq, qapı-pəncərələrin bağlı olması və havalandırmanın aparılmaması virusların çoxalmasına şərait yaradır. 

Beləliklə, payız mövsümündə yuxarı tənəffüs yolları infeksiyaları daha geniş yayılır. Bu havalardan qorunmaq üçün mövsümə uyğun geyim geyinmək, keyfiyyətli qidalanmaq və olduğunuz mühiti mütəmadi havalandırmaq vacibdir”.

Şahanə Ziyad

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
azxeber.com

1Mənbələr