AZ

Bakıda bu körpü tikilsəydi, dövlət büdcəsindən küləyə görə işləməyən körpüyə təzminat ödənəcəkdi

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

“Bakı buxtasından körpü tikintisi layihəsi 2011-ci ildən bəri müzakirə olunur. Konsessiya təklif olunmuşdu. Yəni dövlət kassasından 1 manat belə çıxmadan körpü tikilməli və 25 il ərzində ödənişli əsasda fəaliyyət göstərməli idi. Amma xüusi bir bənd var idi: "müəyyən sayda təminat verilməlidir ki, gün ərzində nə qədər maşın keçəcək". Bakının küləkli olması səbəbindən, hardasa 20 metr saniyə küləyin sürəti olanda artıq körpü bağlanmalıdır. Belə çıxırdı ki, dövlət kassasından 1 manat çıxmadan belə körpü tikilir və onun işləməməsinə görə yenidən təzminat ödənilməlidir”.

Bu barədə Bizimyol.info xəbr portalına danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, mütəxəssislər hesab edir ki, bu layihə gözlənilən qədər effektiv və səmərəli olmayacaq: “Ən önəmlisi Bakının inkişaf konsepsiyasına uyğun gəlmir. Çünki körpüyə daxil olan nəqliyyat vasitəsi onun sonunadək çatmamış oradan çıxa bilməyəcək. Bu da avtomobil sahibləri üçün narahatlıq yaradacaq.

Bununla yanaşı, körpüdən istifadə həm də hava şəraitindən asılı olacaq. Yəni körpüdən o zaman istifadə etmək olar ki, küləyin sürəti saniyədə 20 metrdən çox olmasın. Bakı buxtasında isə ayda bir neçə dəfə küləyin sürəti bu rəqəmdən çox olur”.

Rauf Ağamirzəyev

Ekspert hesab edir ki, digər bir səbəb körpünün Bayılı Zığ qəsəbəsi ilə birləşdirməsi məsələsidir: “Bakının Zığ istiqamətində deyil, qərb istiqamətində inkişaf etdirilməsi planlaşdırılır. Bu körpü, həm də Bakının inkişaf konsepsiyasına uyğun gəlmir”.

Rauf Ağamirzəyev qeyd edib ki, Bakıda küləkli günlərin sayı artır, bu səbəbdən də sözügedən layihə icra olunmadı.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
bizimyol.info

1Mənbələr