AZ

Azərbaycan Avrasiyada "yaşıl" birgə maliyyələşdirmə üzrə aparıcı ölkələr sırasında yer alır

Bakı. Trend:

Azərbaycan 2022–2024-cü illərdə Avrasiyada “yaşıl” birgəmaliyyələşdirmə üzrə aparıcı ölkələr sırasında yer alır.

Trend bu barədəAvrasiya İnkişaf Bankına istinadən məlumat verir.

Bankın hesabatına əsasən, Avrasiya regionunda birgəmaliyyələşdirmə həcmi 2008-2024-cü illərdə 13,9 milyard dollartəşkil edib. Beynəlxalq maliyyə təşkilatlarının orta illik birgəmaliyyələşdirmə həcmi isə 33% - 2008-2010-cu illərdə 1,2 milyarddollar olduğu halda, 2022-2024-cü illərdə 0,8 milyard dollara qədərazalıb.

“Bu, əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)maliyyələşdirməsinin azalması ilə bağlıdır. Beynəlxalq MaliyyəKorporasiyası (BMK) və Asiya İnkişaf Bankı (AİB) isə ortaillikbirgə maliyyələşdirmə həcmlərini artırıblar. 2022–2024-cü illərdəbirgə maliyyələşdirmə əsasən Özbəkistan, Azərbaycan və Qazaxıstandabərpaolunan enerji sahəsinə, həmçinin Monqolustan və Özbəkistandamaliyyə sektoruna yönəldilib”,- hesabatda bildirilir.

AİB-in məlumatına görə, 2022–2024-cü illərdə bərpaolunan enerjisektoruna ən böyük investisiya AYİB tərəfindən (1,4 milyard dollarvə ya 47 faiz), BMK tərəfindən (426 milyon dollar və ya 14 faiz),Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) tərəfindən isə (385milyon dollar və ya 13 faiz) təsdiqlənib. Qəbul edən ölkələr:Özbəkistan (1,8 milyard dollar), Azərbaycan (675 milyon dollar) vəQazaxıstan (280 milyon dollar).

“Bərpaolunan enerji üzrə ən iri layihə 2024-cü ildə BMKtərəfindən Özbəkistanın “International Company for Water and PowerProjects” şirkətinə təsdiqlənmiş 228 milyon dollarlıq investisiyakreditidir. Layihə 500 MVt gücə malik günəş fotoelektrikstansiyasının və enerji saxlama üçün akkumulyator batareyalarısisteminin tikintisini nəzərdə tutur”,- hesabatda qeyd olunub.

Məqalədə:
Seçilən
38
az.trend.az

1Mənbələr