AZ

Tramp Putinlə danışıqların mənasız olduğunun fərqindədir

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ və Avropa Rusiyaya qarşı vahid mövqeyə gəliblər. ABŞ prezidenti D.Tramp Ukraynaya ilk hərbi yardımı təsdiq etdi. Bir milyard dollar məbləğində hərbi yardım hücum və öldürücü silahlardan ibarətdir.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, ABŞ prezidenti V.Putinlə danışıqların mənasız olduğunun fərqindədir. Rusiyanın Polşaya kəşfiyyat hücumu məhz ABŞ və Avropani Rusiyaya qarşı müharibənin gedişatına ciddi şəkildə dəyişəcək silahların ayrılmasına sövq etdi:

"Ukrayna verilən silahlarla cəbhə bölgəsində əhəmiyyətli dəyişikliklər yarada bilər. ABS Rusiyaya hərbi təzyiqləri getməklə, ilin axırına kimi V. Putini danışıqlar masasında güzəştə gətirməyi hədəfləyir".

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
icma.az

2Mənbələr