AZ

Zelenski Böyük Britaniya ilə tarixi sazişi rəsmi təsdiqlədi

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsi ilə Böyük Britaniya arasında yanvarda imzalanmış “100 illik tərəfdaşlıq” sazişini təsdiq edən qanunu imzaladığı bildirilir.Turkustan.az xəbər verir ki, ABŞ-da yerləşən X şirkətinin sosial media hesabından verdiyi açıqlamada Zelenski İngiltərə kralı III Çarlza və ailəsinə ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edib.Ukraynanın insanların həyatını və dəyərlərini qorumaq üçün mübarizə apardığını qeyd edən Zelenski, bu mübarizədə ABŞ və Avropa müttəfiqlərinin dəstəyini aldıqlarını bildirib.Zelenski Avropa qitəsində davamlı sülhün təmin edilməsi üçün çalışdıqlarını və İngiltərənin bir çox sahədə azadlığı müdafiə etməkdə liderlik nümayiş etdirdiyini bildirib.Ukrayna ilə Böyük Britaniya arasında “100 illik tərəfdaşlıq” müqaviləsinin daha əvvəl imzalandığını xatırladan Zelenski, Ukrayna parlamentinin sentyabrın 17-də bu sazişi ratifikasiya etmək üçün qanun qəbul etdiyini bildirib.Sözügedən qanunu imzaladığını qeyd edən Zelenski “Bizim ittifaq gücümüzü ikiqat artırır” deyib.Ukrayna və Böyük Britaniya arasında müdafiə, iqtisadi və digər sahələrdə əməkdaşlığı gücləndirəcək “100 illik tərəfdaşlıq” adlı saziş yanvarın 16-da Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmer tərəfindən imzalanıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
icma.az

2Mənbələr