AZ

Azərbaycanda ən çox uşaq ölümü hansı illərdə qeydə ALINIB? – İNFOQRAFİKA

Ötən il Azərbaycanda 5 yaşınadək olan 1 745 uşaq dünyasını dəyişib. Onlardan 981 nəfəri oğlan, 764-ü isə qız olub.

Bizim.Media bu rəqəmlərin son 30 ildəki göstəricilərlə müqayisəsini araşdırıb.

Belə ki, son 30 ildə ən çox 5 yaşınadək uşaq ölümü 1995-ci ildə qeydə alınıb. Belə ki, həmin ildə 6 197 uşaq vəfat edib. 1996-cı ildə bu rəqəm 5 081, 1997-ci ildə 4 955, 1998-ci ildə 4 113, 1999-cu ildə 3 730, 2000-ci ildə 3 419, 2001-ci ildə 3 238, 2002-ci ildə 2 945, 2003-cü ildə 2 452, 2004-cü ildə 2 618, 2005-ci ildə 2 201 5 yaşadək uşaq ölüb. Bu, son 30 il ərzində 5 yaşadək uşaqların ən çox ölüm hallarının yaşandığı illərdir.

Sözügedən illərdə 5 yaşadək oğlanların ən çox ölüm halı 1995-ci ildə qeydə alınıb – 3 450. Ən çox qız ölümlərinin sayı da elə həmin ilə aiddir – 2 747. Onu da qeyd edək ki, ümumilikdə 30 ildə 5 yaşadək uşaqların ölüm halı daha çox oğlanlar arasında baş verib.

Son 5 ildə 5 yaşadək uşaqların ən çox öldüyü il isə 2023-cü ildir. Bu ildə 2 395 5 yaşadək uşaq dünyasını dəyişib. Son 5 il ərzində ən çox 5 yaşadək oğlan və qız ölümləri də həmin ilə aiddir. Belə ki, 2023-cü ildə 1 329 oğlan, 1 066 qız uşağı vəfat edib.

Naibə Məmmədova, Bizim.Media

 

Seçilən
14
2
bizim.media

3Mənbələr