1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İranın cənubunda yerləşən Qeşm adasında qeyri-adi və cəsarətli bir soyğun hadisəsi baş verib. Hadisə yerli sakinlər və hüquq-mühafizə orqanları üçün tam mənası ilə "cinayət filmi" səhnəsini xatırladıb.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı görüntüləri "Azad İran" "Telegram" kanalı yayıb.
Qeşm şəhərinin prokuroru bildirib ki, baş vermiş silahlı soyğun zamanı çadralı və silahlı beş nəfər Dərgahan bölgəsindəki zərgərlik mağazasına daxil olaraq havaya atəş açıb və mağazadakı, təxminən, səkkiz kiloqram qızılı ələ keçirərək, hadisə yerindən qaçıb.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmasa da, mağaza sahibi və ətrafdakı insanlar böyük təşviş içində olublar.