AZ

Polis Sabunçu və Babək rayonlarında qanunazidd əməllər törədən şəxsləri saxlayıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Sabunçu rayonunun Maştağa qəsəbəsində soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs qəsəbə sakini olan bir nəfərin qızıl boyunbağısını soyğunçuluq edərək talayıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 45 yaşlı N. Əliyev saxlanılıb. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin də aşkar edilərək götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.

Həmçinin bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yerləşən evlərin birindən 45 min manat pul oğurlanması barədə polisə verilən məlumat əsasında müvafiq tədbirlər həyata keçirilib. Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ayşən Mustafayeva müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs evə kişi geyimində daxil olaraq oğurluq edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
8
1
azertag.az

2Mənbələr